Dövlət Komitəsinin sədri Ağalıya köçən sakinlərə təşəkkür edib

Rövşən Rzayev

© APA | Rövşən Rzayev

# 19 iyul 2022 08:59 (UTC +04:00)

Biz bu gün sevincliyik. Ağalıya köçən sakinlərə təşəkkür edirəm.

APA xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin hər yerində bu gün irimiqyaslı işlər davam etdirilir:

“Biz bu gün sevincliyik. Ağalıya köçən sakinlərə təşəkkür edirəm. Müasir bir kənd salınıb, müasir şərait yaradılıb. Şuşada və digər rayonlarda böyük quruculuq işləri gedir. İnanıram ki, yaxın gələcəkdə biz öz Vətən torpaqlarımızın daha da uğurlu inkişafı üçün keçmiş məcburi köçkünlərimizi ora qaytaracağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR