DSK-larda seçici siyahılarının dəqiqləşdirilməsi başa çatıb

Mərkəzi Seçki Komissiyası

© APA | Mərkəzi Seçki Komissiyası

# 05 aprel 2022 08:00 (UTC +04:00)

Bu gün dairə seçki komissiyalarında (DSK) seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır.

APA-nın məlumatına görə, bu il Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsinə yanvarın 10-da başlanılıb.

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq DSK-lar ən gec aprelin 5-dək seçki dairələri üzrə dəqiqləşdirilmiş ilkin seçici siyahılarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməlidir. MSK da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirməlidir. Seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən MSK-nın müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilməlidir.

Beləliklə, prosesə ən gec may ayının sonuna qədər yekun vurulmalı və ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdirilməlidir.

Qeyd edək ki, bu ilin dövlət büdcəsində MSK-ya 18 milyon 469 min 693 manat ayrılıb. Bu vəsaitin 5 milyon 798 min 583 manatı 2022-ci ildə seçici siyahılarının dəqiqləşdirilməsinə xərclənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR