Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat edib - YENİLƏNİB

Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat edib - YENİLƏNİB
# 14 iyun 2019 13:50 (UTC +04:00)

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin bu gün Türkiyədə vəfat edən həyat yoldaşı Həlimə Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Bu barədə APA-ya Həlimə Əliyevanın qardaşı Mirmöhsün Mahmudov məlumat verib.

Onun sözlərinə görə, 67 yaşlı bacısı Türkiyəyə əməliyyat və müalicə olunmaq üçün gedibmiş: "Hazırda cənazənin Azərbaycana gətirilməsi üçün hazırlıqlara başlamışıq".

* * *

Saat 13:35

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn sosial şəbəkədəki hesabında məlumat verib.

O bildirib ki, Həlimə Əliyeva Türkiyədə dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR