Ermənistanda insan hüquqlarının pozulmasına dair hesabat təqdim olunub - YENİLƏNİB

Ermənistanda insan hüquqlarının pozulmasına dair hesabat təqdim olunub  - YENİLƏNİB
# 14 mart 2023 11:32 (UTC +04:00)

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatı təqdim olunub.

APA xəbər verir ki, hesabatda 2020-2022-ci illər ərzində Ermənistanda insan hüquq və azadlıqlarının pozulması halları, mülki əhaliyə qarşı qəddar münasibət, nümayişlər zamanı saxlanılan şəxslər, jurnalistlərə qarşı cinayət işləri haqqında və s. geniş məruzə olunub.

Hesabatda qeyd olunub ki, insan hüquqları üzrə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı hər zaman ikili standartlar tətbiq edildiyi halda, Ermənistanın erməni xalqına qarşı son 2 il ərzində anti-demokratik, qeyri-insani münasibətləri isə görməzlikdən gəlinir.

Xüsusən 2022-ci ildə aprel-iyul ayları ərzində Ermənistanda polisin nümayiş edən şəxslərə qarşı qəddar münasibəti, səs qumbaralarından istifadə halları beynəlxalq təşkilatlar tərəfindən nədənsə “görülmədi”.

Ermənistanda Paşinyan hakimiyyəti özünü “demokratik hakimiyyət” kimi təbliğ etsə də, hesabatda əks olunan faktlar onu deməyə əsas verir ki, onlar öz əməli fəaliyyətlərində demokratiyadan çox uzaq idarəçilik həyata keçirirlər:

"Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu olaraq beynəlxalq təşkilatları, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumları Ermənistanda baş verən bu qeyri-insani münasibətlərə qarşı həssas olmağa və eləcə də ikili standartlardan uzaq olmağa çağırırıq", - hesabatda qeyd edilib.

***

11:08

Azərbaycan Hüquq-müdafiə Təşkilatlarının Monitorinq Qrupu tərəfindən “Ermənistan: Demokratiya və İnsan hüquqları (2018-2023)” hesabat sənədi hazırlanıb.

APA xəbər verir ki, hesabatla bağlı tədbirdə çıxış edən hüquq müdafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, Ermənistanda olan insan haqları pozuntusu dünyanın heç bir yerində olmayıb.

O bildirib ki, beynəlxalq təşkilatlar Azərbaycanda sabitliyi görmək istəmirlər: "Həmçinin heç bir təşkilat Qarabağın alınmasını istəmirdi. Azərbaycan Ermənistan və Gürcüstanla müqayisədə daha demokratik dövlətdir. Paşinyan həmişə iddia edirdi ki, demokrat dövlətdirlər. Amma hazırladığımız hesabat onların nə qədər "demokrat" dövlət olduğunu göstərir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR