“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalı təsis ediləcək - FOTO

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalı təsis ediləcək - FOTO
# 29 aprel 2022 15:46 (UTC +04:00)

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalı təsis ediləcək.

APA-nın xəbərinə görə, bu barədə “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunun layihəsi Milli Məclisin mayın 5-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalı haqqında Əsasnamə” və “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalın təsviri” təsdiq edilib.

Əsasnaməyə əsasən, “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif ediləcəklər:

- ətraf mühitin mühafizəsi ilə bağlı mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə;

- Ətraf mühitin mühafizəsi ilə bağlı obyektiv informasiyanın yayılmasına və görülən işlərin təbliğinə verilən töhfəyə görə;

- ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə.

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalı ilə yuxarıda göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif ediləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR