Fərid Şəfiyev: "Prezidentin babasının qəbrini ziyarət etməsi də buna işarət edir”

Fərid Şəfiyev

© APA | Fərid Şəfiyev

# 14 yanvar 2022 12:25 (UTC +04:00)

“Beynəlxalq tədbirlərdə ermənilər Dağlıq Qarabağ və digər məsələləri müzakirə etməyə hazır olduqlarını bildirirlər. Ancaq onlar heç bir halda İrəvana azərbaycanlıların qayıtmasını qəbul edə bilməyəcəklərini ortaya qoyurlar”.

APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəsi zamanı səsləndirilmiş əsas fikirlərə dair media üçün açıq müzakirələr zamanı bildirib.

F. Şəfiyev deyib ki, Zəngəzur, Göyçə və İrəvanda tarixən azərbaycanlılar yaşayıblar: “Biz yenə o torpaqlara qayıtmalıyıq. Prezidentin babasının qəbrini ziyarət etməsi də buna işarət edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR