Fərid Şəfiyevin yeni kitabının təqdimatı olub - FOTO

Fərid Şəfiyevin yeni kitabının təqdimatı olub - FOTO
# 20 may 2022 15:46 (UTC +04:00)

Bakı Dövlət Universiteyində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin "Rusiya-Sovet məskunlaşdırma siyasəti və Cənubi Qafqazda münaqişə" adlı kitabının təqdimatı olub.

APA xəbər verir ki, tədbirdə çıxış edən Fərid Şəfiyev kitabda yer alan məsələlərdən söz açıb, universitetin Tarix fakültəsinin tələbələrinin suallarını cavablandırıb.

Müəllif kitabı valideynlərinin və məcburi köçürmələr, deportasiya və sürgünlər zamanı həlak olanların, o cümlədən 1937-ci ildə tutularaq Sibirə sürgün edilən və naməlum yerdə vəfat edən ulu babası Novruz Şəfiyevin xatirəsinə həsr edib.

6 fəsildən ibarət kitabda Cənubi Qafqazın Rusiya tərəfindən istila edilməsi, İlk imperatorluq layihələri: xarici köçkünlər və ermənilər, rusların köçürülməsi, Yerli əhali və köçkünlər arasında rus idarəçiliyi fonunda münaqişələr, Sovet əhalisinin idarə edilməsi və deportasiyalar və Sovet İttifaqının İkinci dünya müharibəsindən sonra Cənubi Qafqazda köçürmə layihələri mövzusu üzrə real faktlara söykənən məsələlər yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR