Fəzail Ağamalı: "Əli Kərimlidən başqa digər partiya sədrlərinin hamısını tədbirə dəvət etmişəm"

Fəzail Ağamalı: "Əli Kərimlidən başqa digər partiya sədrlərinin hamısını tədbirə dəvət etmişəm"
# 11 sentyabr 2019 12:04 (UTC +04:00)

"Mən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidən başqa hamını bu tədbirə dəvət etmişəm".

APA-nın məlumatına görə, bunu Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masaya bütün siyasi partiyaların sədrlərinin dəvət olunmaması fikrinə münasibət bildirərkən deyib.

O bildirib ki, dünən internet vasitəsilə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların ünvanlarını və əlaqə vasitələrini tapıb, dəvət göndərib: “Təkcə Əli Kərimlini dəvət etməmişəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR