Fransada yaşayan təbrizli hüquq müdafiəçiləri Şuşada olublar - FOTO

Fransada yaşayan təbrizli hüquq müdafiəçiləri Şuşada olublar  - FOTO
# 29 noyabr 2022 10:58 (UTC +04:00)

Fransada yaşayan Təbriz əsilli hüquq müdafiəçiləri - Jalə Çələbiani Təbrizli və Maşallah Rəzmi işğaldan azad edilmiş Şuşa şəhərinə səfər ediblər.

APA xəbər verir ki, onlar səfər çərçivəsində Xurşidbanu Natavanın ev muzeyi, Şuşa qalası və Cıdır düzündə olub, həmçinin Güllələnmiş heykəlləri ziyarət edərək təəssüratlarını bölüşüblər. Onlar Şuşada erməni vandalizminə şahid olublar və şəhərdə aparılan təmir-tikinti işləri ilə tanış olublar.

Hüquq müdafiəçilərinin gün ərzində Şəhidlər xiyabanına və Molla Pənah Vaqifin məqbərəsinə getməyi də nəzərdə tutulub.

Qeyd edək ki, hüquq müdafiəçiləri dünən Ağdamda olublar. Onlar Ağdamda ermənilər tərəfindən dağıntıya məruz qalmış abidələrdə olub, fikirlərini bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR