Fuad Nəcəfli Şərurda olub, sakinlərlə görüşüb

Fuad Nəcəfli  Şərurda olub, sakinlərlə görüşüb
# 07 yanvar 2023 18:18 (UTC +04:00)

Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunda olub, sakinlərlə görüşüb.

APA-nın xəbərinə görə, əvvəlcə Şərur şəhərindəki şəhidlər abidəsi və ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib.

Səlahiyyətli nümayəndə görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb.

Görüş zamanı sakinlərin müraciətləri, problemləri dinlənilib. Qeyd edilib ki, sakinlərin üzləşdiyi problemlər qısa müddətdə aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacaq.

Hazırda görüş davam edir.

Ceyhun Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR