Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub

Orxan Mürsəlov

© APA | Orxan Mürsəlov

# 12 avqust 2022 12:41 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Çingiz oğlu Mürsəlov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Ərazi - təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

APA xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib, dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

O. Mürsəlov ona göstərilən etimada görə minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR