Göygölün yeni icra başçısı kollektivə təqdim olunub

Göygölün yeni icra başçısı kollektivə təqdim olunub
# 26 iyul 2022 10:15 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elvin Nazim oğlu Paşayev bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

APA xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

E. Paşayev ona göstərilən etimada görə minnətdarlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR