Haaqada AŞPA-nın Daimi Komitəsinin iclası başlayıb - FOTO

Haaqada AŞPA-nın Daimi Komitəsinin iclası başlayıb - FOTO
# 02 mart 2023 20:52 (UTC +04:00)

Niderlandın Haaqa şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası başlayıb.

APA xəbər verir ki, iclasda Azərbaycanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təmsil edir.

S.Seyidov bildirib ki, Azərbaycan üçün əlindən gələnin ən yaxşısını edəcək.

İclasda Avropa Şurasının gələcəyi, Sığınacaq və beynəlxalq müdafiə kontekstində Avropa həmrəyliyi, Mədəniyyətlərarası dialoq, Milli sərhədlər boyunca onlayn təhsil və tədqiqatların təşviqi və digər mövzularda məruzələr dinləniləcək, müvafiq qərarlar qəbul olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR