Hakimlərin Konfransı institutu yaradılır

Hakimlərin Konfransı institutu yaradılır
# 26 may 2023 13:14 (UTC +04:00)

Hakimlərin konfransının funksiyası ilə bağlı “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna yeni maddə əlavə olunur.

APA xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləm iclasında müzakirəyə çıxarılıb.

Qanuna yeni əlavə olunması təklif olunan maddədə hakimlərin konfransının funksiyası, orada məhkəmə instansiyaları hakimlərinin təmsil olunması və qərarların qəbul edilməsi qaydaları əks olunur.

Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının hakim üzvləri hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla), Məhkəmə-Hüquq Şurasının sədri isə Şuranın yalnız hakim üzvləri sırasından seçiləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR