Hamilələrin əməyinin tətbiqi qadağan olunan işlərin siyahısı təsdiq edilib - CƏDVƏL

Hamilələrin əməyinin tətbiqi qadağan olunan işlərin siyahısı təsdiq edilib - CƏDVƏL
# 01 iyun 2023 18:24 (UTC +04:00)

Hamilələrin əməyinin tətbiqi qadağan olunan işlərin siyahısı təsdiq edilib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, hamilə və ya bir yaşınadək uşağı olan qadınların əməyi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin və vəzifələrin, habelə yeraltı işlərin adlarının siyahısı müəyyən edilir. Belə ki, Qərar ölkə üzrə qadınlarla kişilərin orta aylıq əməkhaqqı səviyyələri arasındakı fərqliliyin aradan qaldırılması məqsədilə qəbul edilmişdir.

Qərara əsasən mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə və iş yeri azaldılaraq, ümumilikdə 204 peşə və iş yeri müəyyən edilir.

Eyni zamanda qadağan edilən bu peşə və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcəkdir. Qərarın qəbulu ilə əmək münasibətlərində qadınların məşğulluq imkanlarının artırılması təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR