Hesablama Palatasının ilk sədri Namiq Nəsrullayev vəfat edib

Namiq Nəsrullayev

© APA | Namiq Nəsrullayev

# 17 yanvar 2023 10:32 (UTC +04:00)

Hesablama Palatasının ilk sədri Namiq Nəsrullayev vəfat edib.

Bu barədə APA-ya ailəsindən məlumat verilib.

Qeyd edilib ki, o, uzun sürən xəstəlikdən sonra bu gecə dünyasını dəyişib və bu gün dəfn olunacaq.

Qeyd edək ki, Namiq Nəsrullayev 1995-ci ildə Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini təyin edilib. 1996-cı ildə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin olunub və 2001-ci ilin aprel ayına qədər bu vəzifədə çalışıb. Nəsrullayev 2001-ci ildə Hesablama Palatasının ilk sədri təyin edilib və 2007-ci ilə qədər bu vəzifəni icra edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR