Heydər Əliyev 1992-ci ilin mayında Naxçıvandan Moskvanın riyakar addımlarını pisləyib - TARİX

Heydər Əliyev 1992-ci ilin mayında Naxçıvandan Moskvanın riyakar addımlarını pisləyib - TARİX
# 22 fevral 2023 15:53 (UTC +04:00)

Ümummilli lider Heydər Əliyevin ermənilərin Sədərəyə hücumu ilə əlaqədar 1992-ci ilin mayında Naxçıvan Televiziyasının efirindən xalqa canlı yayımla müraciətində bir sıra məqamlar, Türkiyənin Naxçıvana dəstəyi və qardaş köməyi, Naxçıvan əhalisinin öz torpaqlarını qorumaq uğrunda mübarizəsi, Rusiya siyasi dairələrinin və ordu birliklərinin bu mübarizəyə qarşı atdıqları riyakar addımlara və Ermənistana açıq dəstəklərinə kəskin etiraz yer alır.

APA xəbər verir ki, Naxçıvan TV-nin yayımladığı görüntülərdə Heydər Əliyev Moskvanın riyakar addımlarına Naxçıvandan kəskin cavab verib, Rusiyanın hərəkətlərini pisləyib.

Heydər Əliyev xalqa müraciətində bildirib ki, bu təcavüz toplardan və başqa silahlardan atəşlərlə başlayıb. “Biz bu hadisəni bilən kimi Naxçıvan Muxtar Respublikasının Ali Məclisində vəziyyəti müzakirə edib dərhal təcili tədbirlər görməklə məşğul olduq. Ondan sonrakı günlərdə də - ayın 19-da da, 20-də də, bu gün qədər hər gün Türkiyənin rəhbərləri - Baş naziri, xarici işlər naziri və başqa rəhbər şəxslər Naxçıvan ilə əlaqə saxlayırlar, zəng edirlər, mənimlə danışırlar, məlumat alırlar və böyük siyasi-diplomatik tədbirlər görürlər, Naxçıvana böyük yardım edirlər”, - deyə o qeyd edib.

Heydər Əliyev müraciətində Türkiyənin Naxçıvana yardımından, yaxın münasibətindən bəzi dövlətlərin narahat olduğunu diqqətə çatdırıb: “Ancaq bir şeyi də təəssüf hissi ilə demək istəyirəm. Bizim qonşu, qardaş Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasına bu cür yaxın yardımından, yaxın münasibətindən bəzi dövlətlər çox narahat olublar. Çünki Türkiyə hökumətinin bəyanatında Qars müqaviləsi qeyd olunduğu halda, dərhal Moskvadan məlumat verirlər ki, guya may ayının 15-də Daşkənddə kollektiv müdafiə haqqında bəyanat imzalanıb. Keçmiş SSRİ-yə mənsub olmuş beş respublika bu bəyanata imza atıb. Guya bu müqaviləyə görə Rusiya da Ermənistanı müdafiə etməlidir və müdafiə edə biləcək. Bu, gülünc bir haldır. Çünki biz Ermənistana təcavüz etmirik, yaxud hərbi hücum etmirik ki, Rusiya Ermənistanı müdafiə etsin. Biz öz torpaqlarımızı müdafiə edirik və öz torpaqlarımızı müdafiə etmək üçün də Türkiyə Cümhuriyyəti Qars müqaviləsini, sadəcə olaraq, dünya ictimaiyyətinin, o cümlədən Ermənistan rəhbərlərinin yadına salır. Ancaq görün bu, nə qədər böyük qorxu, nə qədər böyük həyəcan meydana çıxarıb ki, Moskvada MDB qoşunlarının Baş komandanı Yevgeni Şapoşnikov ağılsız bəyanat verib ki, guya bu, yeni dünya müharibəsinin başlanmasına səbəb olacaq. Dünən təcili olaraq Ermənistanın paytaxtı İrəvana Rusiya Prezidentinin müavini Gennadi Burbulis, Rusiyanın müdafiə naziri Pavel Qraçov və bir çox başqa rəsmi şəxslər gəlib. Onlar orada olan MDB qoşunlarının komandanları ilə də, Ermənistan rəhbərləri ilə də görüşüblər. Görüşlərin də çoxu gizli şəraitdə gedib. Bunlar hamısı bir tərəfdən təhlükəlidir, bir tərəfdən də çox qəribədir və bizi çox dərin düşündürməlidir. Biz müdafiə olunuruq, biz torpaqlarımızı müdafiə edirik, ancaq başqa bir neçə dairələr təəssüf ki, dərhal güclərini nümayiş etdirmək istəyirlər, güclərindən istifadə etmək niyyətlərini göstərirlər və hədə-qorxu gəlirlər. Bunlar təəssüf ki, o qədər də ağıllı siyasətin nəticəsi deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR