Hikmət Hacıyev: "Bu gün Ulu Öndərin ruhu şaddır"

Hikmət Hacıyev

© APA | Hikmət Hacıyev

# 10 may 2022 09:42 (UTC +04:00)

Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş irs bu gün də uğurla davam etdirilir. Onun tərəfindən qoyulan bir vəsiyyət vardı ki, torpaqlarımız işğaldan azad olunsun. 8 noyabr 2020-ci ildə Azərbaycanın qəlbinin tacı olan Şuşa şəhəri işğaldan azad olundu. Cənab Prezident də xalqımıza, dünya azərbaycanlılarına müraciətində ata vəsiyyətinin həyata keçirilməsini xüsusilə qeyd etdi.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün Şuşa şəhəri azaddır, Ulu Öndərin ruhu da şaddır:

“Bu gün Azərbaycan xalqının üzü gülür. Əvvəllər 8 May tarixini ermənilər "Dağlarda toy" əməliyyatının yubileyini qeyd edərək böyük sevinclə qeyd edirdilər. İndi isə onların "kədərini" biz görürük. Şuşanın azad olunması sevincini bu gün Azərbaycan xalqı qeyd edir”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR