Hikmət Hacıyev: “Prezident İlham Əliyev vədini yerinə yetirdi, torpaqlarımız işğaldan azad olundu”

Hikmət Hacıyev

© APA | Hikmət Hacıyev

# 22 aprel 2022 16:30 (UTC +04:00)

“Fransada prezident seçkiləri keçirilir. Erməni lobbisi elə düşünürdü ki, əsas müzakirə mövzusu yalnız onlarla bağlı olacaq, ancaq elə olmadı”.

APA xəbər verir ki, bunu bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” mövzusunda panel iclasında sualları cavablandırarkən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, hər bir halda müxtəlif ölkələrdə diaspor Azərbaycan həqiqətlərinin təbliğini diqqət mərkəzində saxlamalıdır: “Biz Fransaya münasibətdə də bu yanaşmanı vacib sayırıq”.

Hikmət Hacıyev qeyd edib ki, Qərb ölkələrində seçkilər öncəsi siyasətçilər müxtəlif vədlər verir, ancaq sonra onların yerinə yetirmədiyinin şahidi oluruq: “Prezident İlham Əliyev isə vədini yerinə yetirdi, torpaqlarımız işğaldan azad olundu və bu gün biz Şuşadayıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR