Hüquq müdafiəçisi: Azərbaycana qarşı ikili standartların aradan qaldırılmasını tələb edirik

Hüquq müdafiəçisi: Azərbaycana qarşı ikili standartların aradan qaldırılmasını tələb edirik
# 14 mart 2023 11:23 (UTC +04:00)

Biz beynəlxalq təşkilatları Ermənistandakı insan hüquqları pozuntularına reaksiya göstərməyə çağırırıq.

APA xəbər verir ki, bunu hüquq müdafiəçisi Səadət Bənənyarlı Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatının təqdimatına dair tədbirdə deyib.

“Azərbaycana qarşı ikili standartların aradan qaldırılmasını tələb edirik. Həmişə Ermənistanda insan hüquqlarının yüksək səviyyədə olduğunu göstərirlər. Haradadır bu insan hüquqları? Bu hesabat göstərir ki, Ermənistanda olan pozuntular Azərbaycanla müqayisəedilməz dərəcədə yüksəkdir. Bu məsələdə iki dövləti eyni tərəziyə qoymaq olmaz”, - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR