Kamran Əliyev: “Azərbaycanın işğal altında olmuş ərazilərində ekoloji cinayətlər törədilib”

Kamran Əliyev: “Azərbaycanın işğal altında olmuş ərazilərində ekoloji cinayətlər törədilib”
# 06 oktyabr 2022 11:29 (UTC +04:00)

“1988-ci ildən Ermənistanın Azərbaycan qarşı ərazi iddiası başlayıb”.

APA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə deyib.

Baş Prokuror bildirib ki, müxtəlif səviyyələrdə, müxtəlif vaxtlarda Azərbaycana qarı həyata keçirilən və həyata keçirilməyə cəhd göstərilən ərazi iddiaları siyasi və digər üsullarla olub: “Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı müxtəlif cinayət hadisələri həyata keçirilib. Müstəqillik əldə edilənə qədər bu iddialar başqa formada, müstəqillikdən sonra isə daha başqa formalarda özünü göstərib. Azərbaycanın əraziləri işğal altında olan zaman iqtisadi, ekoloji xarakterli cinayətlər törədilib. Cinayət hadisələri 44 günlük Vətən müharibəsi dövründə də davam edib. Münaqişədən sonra da bu cinayətlərin şahidi olmuşuq. 34 illik dövr ərzində bütün bu hadisələr məhz Azərbaycan ərazisində baş verib. Ermənistan ərazisində heç bir əməliyyat həyata keçirilməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR