Laçın-Xankəndi yolunda aksiya keçirilən yerdən bu gün ümumilikdə 29 avtomobil keçib - FOTO - VİDEO - YENİLƏNİB -3

Laçın-Xankəndi yolunda aksiya keçirilən yerdən bu gün ümumilikdə 29 avtomobil keçib  - FOTO  - VİDEO  - YENİLƏNİB -3
# 29 yanvar 2023 14:16 (UTC +04:00)

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın- Xankəndi yolundan maşın karvanı maneəsiz keçid edib. Maşın karvanı 1 minik, 6 yük maşından ibarət olub. Maşın karvanı Laçından Xankəndi istiqamətinə hərəkət edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

***

12:38

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın- Xankəndi yolundan maşın karvanı maneəsiz keçid edib.

RSK-yə məxsus 2 minik, 11 yük maşınından ibarət maşın karvanı olub. Maşın karvanı Xankəndindən Laçın istiqamətinə hərəkət edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

***

12:04

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobilin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, texniki nasazlıq ucbatından Laçın rayon ərazisində qalan RSK- nə məxsus avtomobilin qoşquda aparılmasına şərait yaradılıb. Səhər saatlarından indiyədək ümumilikdə RSK- nə məxsus 7, BQXK- nə məxsus 7 avtomobilin aksiya keçirilən ərazidən maneəsiz keçidinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR