Laçın-Xankəndi yolunda ekofəalların etirazları 34 gündür davam edir - FOTO

Laçın-Xankəndi yolunda ekofəalların etirazları 34 gündür davam edir - FOTO
# 14 yanvar 2023 08:09 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA xəbər verir ki, aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Havanın qarlı və temperaturun -11 dərəcə olmasına baxmayaraq, iştirakçılar 34 gündür etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR