Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası təsdiq edilib

Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası təsdiq edilib
# 27 may 2023 12:01 (UTC +04:00)

Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası təsdiq edilib.


APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bu Qayda məhkəmə ekspertizası idarələrinin ekspertlərinə, habelə özəl məhkəmə ekspertlərinə məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydasını müəyyən edir.
Şəhadətnamə tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi , özəl məhkəmə ekspertlərinə isə Azərbaycan Respub- likasının Ədliyyə Nazirliyi tərəfindən verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR