Mehriban Əliyevanın adından Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib

Mehriban Əliyevanın adından Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib
# 15 iyun 2019 12:45 (UTC +04:00)

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.

APA-nın məlumatına görə, yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə göturub.

Xatırladaq ki, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. O, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Mərhumun cənazəsi öz vəsiyyətinə uyğun olaraq, doğulduğu Naxçıvan MR-in Ordubad rayonunun Kələki kəndinə aparılaraq dəfn edilib.

Qeyd edək ki, bu gün, həmçinin, H. Əliyevanın dəfnində iştirak etmək istəyən yaxınlarının və cənazəsinin Naxçıvan MR-ə aparılması üçün AZAL vasitəsilə xüsusi reys də həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR