Milli Məclis adından Prezident və Mehriban Əliyevaya təbrik məktubu göndəriləcək

Milli Məclis adından Prezident və Mehriban Əliyevaya təbrik məktubu göndəriləcək
# 27 may 2022 13:28 (UTC +04:00)

“Sabah xalqımız Müstəqillik gününü qeyd edəcək”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Spiker bildirib ki, AXC qısa müddətdə öz hökumətini qurmuşdu: “AXC ənənələri bu gün də xalqımız tərəfindən davam etdirilir. Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra ölkəmizin sivil dünyanın bir hissəsinə çevrilməsi üçün təməllər atıldı. Bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən yeni siyasət bizi yeni qələbələrə aparır. Bu gün dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi Azərbaycan qarşısında yeni inkişaf meylləri açıb. Dövlət başçımızın uğurlu siyasəti nəticəsində Azərbaycan gələcək daha böyük uğurlara imza atacaq”.

Sahibə Qafarova təklif edib ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin.

Deputatlar təklifi qəbul edib və təklif alqışlarla qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR