Milli Məclis Zəfər Günü münasibətilə Prezident İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib

Milli Məclis Zəfər Günü münasibətilə Prezident İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
# 05 noyabr 2022 11:04 (UTC +04:00)

“Noyabrın 8-də xalqımız Zəfər Gününü qeyd edəcək. İcazə verin, bu Zəfəri bizə bəxş edən Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı və qazilərimizi təbrik edək”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Təklif edirəm ki, Zəfər Günü ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayaq və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaq”, - o bildirib.

Daha sonra deputatlar spikerin təklifini alqışlarla qarşılayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR