Milli Məclisdə Ermənistanın Azərbaycana vurduğu ziyanla bağlı xüsusi dinləmə keçiriləcək

Milli Məclisdə Ermənistanın Azərbaycana vurduğu ziyanla bağlı xüsusi dinləmə keçiriləcək
# 25 yanvar 2023 14:02 (UTC +04:00)

Milli Məclisdə Ermənistan tərəfindən Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında ödənilməsinin gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı xüsusi dinləmə keçiriləcək.

APA xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2023-cü il yaz sessiyası üçün İş Planına daxil edilib.

Qeyd edilib ki, sessiya müddətində Vətən Müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərin, Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında ödənilməsinin gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmə keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR