Milli Məclisin iclasında Nazirlər Kabinetinin Hesabatı dinlənilib - YENİLƏNİB

Milli Məclisin iclasında Nazirlər Kabinetinin Hesabatı dinlənilib  - YENİLƏNİB
# 17 mart 2023 17:28 (UTC +04:00)

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda Baş nazir Əli Əsədov Nazirlər Kabineti 2022-ci ildəki fəaliyyətinə dair hesabatı təqdim edib.

Baş nazir Əli Əsədov deputatlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirdikdən sonra hesabat səsə qoyularaq nəzərə alınıb.

***

saat 11.02

Milli Məclisin iclası başlayıb.

APA-nın xəbərinə görə, iclasın gündəliyinə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabat daxil edilib.

Parlamentin sədri Sahibə Qafarova iclası açaraq bildirib ki, bu gün yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq, Nazirlər Kabineti 2022-ci ildəki fəaliyyətinə dair hesabat verir.

Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatı Baş naziri Əli Əsədov təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR