Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub

Milli Məclis

© APA | Milli Məclis

# 09 aprel 2022 13:39 (UTC +04:00)

Milli Məclisin yaz sessiyasının növbəti iclası aprelin 12-də keçiriləcək.

APA-nın xəbərinə görə, iclasın gündəliyinə 4 məsələ daxildir.

Həmin məsələlər aşağıdakılardır:

1. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

2. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

3. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR