Milli Məclisin yaz sessiyası üçün qanunvericilik işləri planı müəyyənləşib

Milli Məclisin yaz sessiyası üçün qanunvericilik işləri planı müəyyənləşib
# 01 fevral 2023 12:28 (UTC +04:00)

Milli Məclisin 2023-cü il yaz sessiyası üçün qanunvericilik işləri planına daxil edilən məsələlər məlum olub.

APA xəbər verir ki, “Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, parlamentin 2023-cü il yaz sessiyası qanunvericilik işləri planına 9 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikasının Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;

2. Azərbaycan Respublikasının “Heydər Əliyev -100” yubiley medalının təsis edilməsi haqqında qanun layihəsi;

3. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

4. Rəqabət Məcəlləsi layihəsi;

5. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;

6. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi;

7. “Ali təhsil haqqında” qanun layihəsi;

8. “Qeyri maddi-mədəni irsin qorunması haqqında” qanun layihəsi;

9. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR