Milli Məclisin yaz sessiyasında 91 qanun qəbul edilib

Milli Məclisin binası

© APA | Milli Məclisin binası

# 31 may 2023 13:50 (UTC +04:00)

“Yaz sessiyasında Milli Məclisin 14 iclası keçirilib, 91 qanun qəbul edilib”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, 1 yeni qanun qəbul olunub, 72 qanuna dəyişiklik edilib, 18 beynəlxalq sənəd təsdiqlənib.

Sahibə Qafarova əlavə edib ki, yaz sessiyasında parlamentdə hesabat, məruzə və məlumatlar dinlənilib: “Yaz sessiyası ərzində parlamentin beynəlxalq əlaqələrinin inkişafı ilə bağlı da müvafiq tədbirlər görülüb. 85 deputat 33 ölkəyə 213 səfər həyata keçirib. Millət vəkillərimiz Türkiyə, Qazaxıstan və Bolqarıstanda keçirilən seçkiləri müşahidə edib. Ümumiyyətlə, 343 xarici qonaq Milli Məclisdə olub. Milli Məclisdə 17 ölkənin sədr və sədr müavini ilə görüşlər keçirmişəm. Qeyd edim ki, 3 ölkənin qanunvericilik orqanları ilə Milli Məclis arasında Anlaşma memorandumları və sazişlər imzalanıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR