MM-də Azərbaycan-Özbəkistan arasında sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilib

MM-də Azərbaycan-Özbəkistan arasında sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilib
# 19 sentyabr 2022 12:34 (UTC +04:00)

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

APA xəbər verir ki, layihədə qeyd edilib ki, tərəflər arasında dövlət sərhədinin müəyyən olunmuş buraxılış məntəqələrindən beynəlxalq avtomobil əlaqələri üçün açıq olan yollarla sərnişin və yük avtomobil daşımalarının, tranzitlə və üçüncü ölkəyə/ölkədən keçirilən yük daşımalarının tənzimlənməsi nəzərdə tutulub.

2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanan, preambula və 22 maddədən ibarət olan Sazişdə sərnişinlərin daşınmasının təşkili qaydaları, icazələrin verilməsi qaydaları, yük daşımaları, yük daşımalarına dair icazələrin növləri, müddətləri, fərqlənmə və qeydiyyat nişanları, sürücülük vəsiqələri, qabarit və çəki, xüsusi yüklərin daşınması, vergi və rüsumlar, sanitar, gömrük, avtonəqliyyat vasitəsi sahibinin üçüncü şəxslərə vurduğu ziyana görə məsuliyyət və s kimi məsələlərin tənzimlənməsi əksini tapıb.

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR