MM-də yeni yaradılacaq parlamentlərarası işçi qruplarının rəhbərləri bəlli olub

MM-də yeni yaradılacaq parlamentlərarası işçi qruplarının rəhbərləri bəlli olub
# 02 dekabr 2022 09:51 (UTC +04:00)

Milli Məclisdə yeni yaradılacaq 12 parlamentlərarası işçi qruplarının rəhbərləri bəlli olub.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Aydın Hüseynovun Azərbaycan-Banqladeş, Elşən Musayevin Azərbaycan-Burundi, Rəşad Mahmudovun Azərbaycan-Efiopiya, Afət Həsənovanın Azərbaycan-Honduras, Sabir Rüstəmxanlının Azərbaycan-Kamerun, Kəmaləddin Qafarovun Azərbaycan-Qvatemala, Rəfael Hüseynovun Azərbaycan-Livan, Ramil Həsənin Azərbaycan-Nepal, Emin Hacıyevin Azərbaycan-Nigeriya, Pərvin Kərimzadənin Azərbaycan-Panama, Cavid Osmanovun Azərbaycan-Sudan və Elman Nəsirovun Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri seçilmələri təklif edilir.

Qeyd edək ki, qərar layihəsi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR