MM-in deputatları adından Prezident İlham Əliyevə təbrik məktubu hazırlanıb

MM-in deputatları adından Prezident İlham Əliyevə təbrik məktubu hazırlanıb
# 24 dekabr 2021 11:15 (UTC +04:00)

“Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün də həyata keçirilən islahatlar Azərbaycanın dayanıqlı inkişafını təmin edir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

S. Qafarova bildirib ki, ötən 18 ildə əldə olunmuş nailiyyətləri qeyd edərkən 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə xüsusi vurğulanmalıdır: “Prezident İlham Əliyev həm də ulu öndər Heydər Əliyevin vəziyyətini yerinə yetirdi. Torpaqlarımızın işğaldan azad edilməsindən həmən sonra orada bərpa və quruculuq işlərinə start verilib. Həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası Azərbaycan iqtisadiyyatının inkişafına da böyük təkan verəcək. Zəngəzur dəhlizi layihəsi nəinki region, Avropa ölkələri üçün də geniş imkan açacaq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında düşməni diz çökdürən Azərbaycan Ordusu üzərinə düşən vəzifələri yerinə yetirməyə daim hazırdır”.

Spiker ölkənin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın da xüsusi rolu olduğunu vurğulayıb: “Prezident İlham Əliyevin humanitar siyasəti də əksər ölkələr üçün nümunə sayıla bilər. Şəhid ailələrinin, Vətən müharibəsi qazilərinin daim diqqət mərkəzində saxlanılması, aztəminatlı ailələrin, sosial müdafiəyə ehtiyacı olan bütün şəxslərin dövlət qayğısı ilə əhatə olunmaları bu siyasətin nə qədər geniş dairəni əhatə etdiyini göstərir. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkəmizin bu sahədə qazandığı nailiyyətlərdə Azərbaycanın Birinci Vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın da böyük rolu var. Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mühüm layihələr ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafına, ölkəmizin beynəlxalq miqyasda təbliğ olunmasına mühüm töhfələr verib”.

S. Qafarova bildirib ki, Prezident İlham Əliyevi təbrik etmək üçün Milli Məclis deputatları adından təbrik məktubu hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR