MSK-da yeni struktur vahidlərinin yaradılması təklif olunub

Mərkəzi Seçki Komissiyası

© APA | Mərkəzi Seçki Komissiyası

# 26 iyul 2022 17:02 (UTC +04:00)

“Mərkəzi Seçki Komissiyasında yeni struktur vahidlərinin yaradılmasına ehtiyac var”.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

Rövzət Qasımov bildirib ki, gələcəkdə kadrların idarə olunması ilə bağlı yarana biləcək problemlərin qarşısını preventiv şəkildə almaq üçün kadrların idarə olunması ilə bağlı yeni struktura ehtiyac yarandığı görünür: “30 mindən yuxarı aşağı seçki komissiyalarının üzvlərinin və DSK-ların katibliklərində çalışan əməkdaşların idarə olunmasından söhbət gedir. MSK-da bu sahədə struktur vahidinin təsisi məsələsinə baxaq. Çətinliklərin yaranmaması üçün əvvəlcədən hansı addımlar atmalı olduğumuzu müəyyənləşdirməliyik. Hazırda kommunikasiya ilə bağlı da bir struktur vahidinin yaradılmasına ehtiyac var”.

Məzahir Pənahov qeyd edib ki, bu çox ciddi məsələdir: “Bununla məşğul olmaq üçün xüsusi qrup yaradaq. Bu qrupda yeni struktur vahidinin hazırlanması ilə bağlı təkliflər hazırlansın və müzakirəyə təqdim edilsin. Qrupun tərkibinə Katibliyin 3 nümayəndəsi və MSK üzvləri də daxil edilsin. Bizim tələbimiz hansısa qurum yaratmaq deyil, boşluğu doldurmaqdır. Bu məsələyə çox ciddi yanaşmaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR