MSK Katibliyinin yeni strukturu təsdiqlənib

MSK Katibliyinin yeni strukturu təsdiqlənib
# 16 avqust 2022 16:27 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) Katibliyinin yeni strukturu və ştat cədvəli təsdiqlənib.
APA-nın məlumatına görə, bu barədə qərar bu gün MSK-nın iclasında qəbul edilib.
Qeyd edək ki, MSK ötən iclasında qəbul edilən qərara əsasən, MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin adının dəyişdirilərək Media və kommunikasiya şöbəsi olaraq dəyişdirilib.

Bundan əlavə, Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsi fəaliyyətə başlayıb. İnsan resursları sektoru yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR