MSK sədri: Naxçıvanda seçici siyahılarının dəqiqləşdirilməsinə xüsusi diqqət yetirmək lazımdır

MSK sədri: Naxçıvanda seçici siyahılarının dəqiqləşdirilməsinə xüsusi diqqət yetirmək lazımdır
# 06 fevral 2023 16:44 (UTC +04:00)

MSK sədri : Naxçıvanda seçici siyahılarının dəqiqləşdirilməsinə xüsusi diqqət yetirmək lazımdır

“Fevralın 5-də məntəqə seçki komissiyalarının məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını müvafiq dairə seçki komissiyalarına təqdim etməsi üçün ayrılan müddət başa çatıb”.

APA-nın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, seçki qanunvericiliyinə əsasən, yanvar ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə başlanılıb. Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil verəcək. MSK da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirəcək. Bu prosesə ən gec may ayının sonuna qədər yekun vurulacaq və ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək.

Məzahir Pənahov qeyd edib ki, seçici siyahılarının tərtibinə xüsusi diqqətlə yanaşılmalıdır və MSK DSK səviyyəsində seçici siyahılarının tərtibini nəzarətdə saxlayacaq: “Naxçıvanda seçici siyahılarının dəqiqləşdirilməsinə xüsusi diqqət yetirmək lazımdır. Çünki bir çox vətəndaşlar Naxçıvana geri qayıtmaq istəyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR