Naxçıvanın yeni Ombudsmanı seçiləcək

Naxçıvanın yeni Ombudsmanı seçiləcək
# 13 iyul 2022 23:06 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının yeni Ombudsmanı seçiləcək.

APA xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi” barədə məsələ altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 iyulda keçiriləcək yeddinci sessiyasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, 2006-cı ildən Bayramova Ülkər İmamqulu qızı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR