Parlamentdə Ermənistanın törətdiyi cinayətlərlə bağlı xüsusi dinləmə keçiriləcək

Parlamentdə Ermənistanın törətdiyi cinayətlərlə bağlı xüsusi dinləmə keçiriləcək
# 24 yanvar 2022 10:07 (UTC +04:00)

Milli Məclisdə Vətən Müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərlə bağlı xüsusi dinləmə keçiriləcək.

APA-nın məlumatına görə, bu, parlamentin İnsan Hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil edilib.

Qeyd edilib ki, komitədə sessiya müddətində Vətən Müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərin, Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı xüsusi dinləmə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR