Parlamentdə insan hüquqları və diffamasiya ilə bağlı ictimai dinləmə keçiriləcək

Milli Məclis

© APA | Milli Məclis

# 24 yanvar 2022 10:16 (UTC +04:00)

Milli Məclisdə insan hüquqları və diffamasiya ilə bağlı ictimai dinləmə keçiriləcək.

APA-nın məlumatına görə, bu, parlamentin İnsan Hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil edilib.

Qeyd edilib ki, komitədə sessiya müddətində “18 iyun - Milli insan hüquqları gününə həsr olunmuş ictimai dinləmə” və “Diffamasiya haqda qanunvericilik və beynəlxalq təcrübə” ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR