Parlamentdə şəhidlərin xatirəsi yad edilib

Milli Məclis

© APA | Milli Məclis

# 30 sentyabr 2022 11:07 (UTC +04:00)

Ermənistan genişmiqyaslı təxribatlar törədib. Azərbaycan Ordusu tərəfindən görülən qətiyyətli tədbirlər nəticəsində bu təxribatların qarşısı qətiyyətlə alınıb”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, bununla bağlı məsuliyyət Ermənistanın üzərinə düşür: “Ermənistanın məqsədi azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə mane olmaqdır. Xahiş edirəm ki, sentyabrın 13-də şəhid olan hərbi qulluqçularımızın və eləcədə də I və II Vətən müharibəsində şəhid olan hərbi qulluqçularımızın xatirəsini bir dəqiqəlik sükutla yad edək”.

Parlamentdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR