Parlamentin Ümummilli lider Heydər Əliyevə həsr olunmuş xüsusi iclası keçiriləcək

Ümummilli lider Heydər Əliyev

© APA | Ümummilli lider Heydər Əliyev

# 01 fevral 2023 11:16 (UTC +04:00)

“Ümummilli lider Heydər Əliyevin yubileyi ilə bağlı parlamentin yaz sessiyası çərçivəsində tədbirlər keçiriləcək”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında spiker Sahibə Qafarova bildirib.

Spiker deyib ki, bugünkü qüdrətli Azərbaycan Ümummilli liderin Vətənə, Xalqa xidmətinin nəticəsidir: “Milli Məclisin komitələrinin Heydər Əliyevin yubileyi ilə bağlı iclasları olacaq. O cümlədən parlamentin Ümummilli liderə həsr olunmuş xüsusi iclası keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR