Partiyaların yerli təşkilatları üçün 100 üzv tələb olunmayacaq

Partiyaların yerli təşkilatları üçün 100 üzv tələb olunmayacaq
# 21 noyabr 2022 13:24 (UTC +04:00)

Siyasi partiyaların yerli təşkilat yaratması üçün 100 üzv tələbi aradan götürülür.

APA-nın xəbərinə görə, bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında bu maddə əksini tapıb.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, yerli təşkilatın statusu Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxsin filialı statusuna bərabər tutulur.

Qanun layihəsinin əvvəlki redaksiyasına əsasən, yerli təşkilat siyasi partiyanın azı 100 üzvündən ibarət olmaqla müvafiq inzibati ərazi vahidində formalaşdırılmalı idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR