Partiyaya il ərzində üzvlük haqqının və ianənin yuxarı həddinə dair yeni tələb müəyyənləşir

Partiyaya il ərzində üzvlük haqqının və ianənin yuxarı həddinə dair yeni tələb müəyyənləşir
# 21 noyabr 2022 12:07 (UTC +04:00)

Üzvün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi minimum əmək haqqının 35 mislindən artıq ola bilməyəcək.

APA-nın xəbərinə görə, bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.

Qeyd edək ki, qanun layihəsinin ilkin versiyasına əsasən, üzvün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi 10000 manatdan artıq ola bilməzdi.

Qanun layihəsinə əsasən, üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir. İanə pul vəsaiti və ya digər əmlak şəklində qəbul edilə bilər. Siyasi partiyanın əldə etdiyi aşağıdakı maddi yardım da ianə hesab olunur:

- bazar qiyməti ilə müqayisədə imtiyazlı şərtlərlə verilmiş əmlakın (o cümlədən verilmiş borc (kredit) və s.), görülmüş işin və ya göstərilmiş xidmətin dəyərinin onun bazar qiymətindən aşağı olan hissəsi;

- öhdəliyin zamin tərəfindən icrasına görə, həmçinin borcun bağışlanmasına, müddətin keçməsinə və ya öhdəliyin bilavasitə siyasi partiya tərəfindən icra edilməsi ilə bağlı olmayan hallara görə onun xitamı nəticəsində əldə olunan pul vəsaiti və ya digər əmlak (onun dəyəri).

Şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən artıq ola bilməz. Digər əmlak şəklində qəbul edilmiş ianənin dəyəri bazar qiyməti ilə müəyyən edilir.

Siyasi partiya qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin yuxarıda nəzərdə tutulmuş hallar barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyasına təqdim edir. Barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və hər hansı digər əməliyyat aparıla bilməz.

Siyasi partiya bu Qanunun tələblərini pozmaqla qəbul etdiyi ianəni onu qəbul etdiyi gündən və ya ianəni tələbləri pozmaqla qəbul etməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatının daxil olduğu tarixdən 30 gün müddətində geri qaytarmalı, bu mümkün olmadığı halda onu dövlət büdcəsinə köçürməlidir. Qeyd edək ki, əvvəl bu müddət 15 gün nəzərdə tutulmuşdu.

Qeyd edək ki, qanun layihəsinin əvvəlki redaksiyasında üzvün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi 10000 manatdan artıq ola bilməz. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilirdi.

Qanun layihəsinin əvvəlki redaksiyasına əsasən, ianə pul vəsaiti və ya digər əmlak şəklində qəbul edilə bilər. Siyasi partiyanın əldə etdiyi aşağıdakı maddi yardım da ianə hesab olunurdu:

- bazar qiyməti ilə müqayisədə imtiyazlı şərtlərlə verilmiş əmlakın (o cümlədən verilmiş borc (kredit) və s.), görülmüş işin və ya göstərilmiş xidmətin dəyərinin onun bazar qiymətindən aşağı olan hissəsi;

- öhdəliyin zamin tərəfindən icrasına görə, həmçinin borcun bağışlanmasına, müddətin keçməsinə və ya öhdəliyin bilavasitə siyasi partiya tərəfindən icra edilməsi ilə bağlı olmayan hallara görə onun xitamı nəticəsində əldə olunan pul vəsaiti və ya digər əmlak (onun dəyəri).

Şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi 10000 manatdan artıq ola bilməz. Digər əmlak şəklində qəbul edilmiş ianənin dəyəri bazar qiyməti ilə müəyyən edilirdi.

Siyasi partiya qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin yuxarıda nəzərdə tutulmuş hallar barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyasına təqdim edir. Barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və hər hansı digər əməliyyat aparıla bilməz.

Siyasi partiya bu Qanunun tələblərini pozmaqla qəbul etdiyi ianəni onu qəbul etdiyi gündən və ya ianəni tələbləri pozmaqla qəbul etməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatının daxil olduğu tarixdən 15 gün müddətində geri qaytarmalı, bu mümkün olmadığı halda onu dövlət büdcəsinə köçürməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR