Prezidentin xüsusi nümayəndəsi Qubadlı sakinlərini bərpa işləri barədə məlumatlandırıb - FOTO

Prezidentin xüsusi nümayəndəsi Qubadlı sakinlərini bərpa işləri barədə məlumatlandırıb - FOTO
# 07 yanvar 2023 12:28 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il tarixində verilmiş sərəncamına əsasən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilmiş Vahid Hacıyev yanvarın 6-da Qubadlı rayon İcra Hakimiyyətində Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Xüsusi nümayəndəlikdən APA-ya verilən xəbərə görə, görüşdə Qubadlı rayonu İcra Hakimiyyətinin Başçısı Malik İsaqov, İcra Hakimiyyətinin əməkdaşları, Qubadlı rayon ziyalıları və geniş ictimaiyyət nümayəndələri iştirak edib.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki qazanılan Zəfərin tarixi əhəmiyyətindən danışan Vahid Hacıyev, zəfərdən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə görülmüş irimiqyaslı bərpa-quruculuq işlərindən danışıb.

Prezidentin xüsusi nümayəndəsi Qubadlı rayonunda aparılacaq bərpa-quruculuq işləri, Qubadlı kəndlərinin yenidən qurulması və burada mövcud olmuş iqtisadiyyat sahələrinin dirçəldilməsi üçün görüləcək işlər haqqında Qubadlı rayon ictimaiyyətinin nümayəndələrinə ətraflı məlumat verib.

Həmçinin o, “Böyük Qayıdış”ın ilk qədəmlərinin qoyulduğu Zəngilan rayonu Ağalı kəndinə keçmiş məcburi köçkünlərin artıq köçürülməsindən və bu prosesin davalı olaraq bütün Şərqi Zəngəzurda, o cümlədən Qubadlı rayonunda həyata keçiriləcəyindən söz açıb.

Sonra xüsusi nümayəndəliyin əməkdaşları Qubadlı rayonu İcra Hakimiyyəti nəzdində yaradılmış zəngin tarixi və mədəni irsə sahib Qubadlı rayon muzeyi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR