Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin tərkibi genişləndirilib

Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin tərkibi genişləndirilib
# 27 may 2023 12:28 (UTC +04:00)

Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin tərkibi genişləndirilib.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsi"nə edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, İdarə Heyətinin tərkibi 5 (beş) nəfərdən - Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun dörd müavinindən ibarətdir.

İndiyə qədər İdarə Heyətinin tərkibi 3 (üç) nəfərdən - Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR