Qüdrət Həsənquliyev: “Məhkəmə-Hüquq Şurasına hakim rəhbərlik etməlidir” - VİDEO

Qüdrət Həsənquliyev: “Məhkəmə-Hüquq Şurasına hakim rəhbərlik etməlidir” - VİDEO
# 24 dekabr 2021 13:18 (UTC +04:00)

“Məhkəmə-Hüquq Şurasına hökumətin üzvü sədrlik edir. Mənim Fikrət Məmmədova böyük hörmətim var, lakin ölkədə hakimiyyət bölgüsü varsa, buna əməl edilməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat hesab edir ki, Məhkəmə-Hüquq Şurasına hakim rəhbərlik etməlidir: “Fikrət müəllim də, digər hökumət üzvləri də şuranın iclaslarına qatıla bilər”.

Parlamentin komitə sədri Əli Hüseynli isə bildirib ki, Məhkəmə-Hüquq Şurası ilə bağlı fikirlər dəfələrlə söylənilib: “Məhkəmə-Hüquq Şurasının təyinatını Avropanın çox yaxşı modeli hesab edirik. Orada sədr ədliyyə naziridir. Lakin sədr dəyişə də bilir. Qərarların qəbulu isə ancaq hakimlərə aiddir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR