Qüdrət Həsənquliyev: “Parlament hesabatı bəyənməzsə, Nazirlər Kabineti, nazirlər istefa verməlidir” - VİDEO

Qüdrət Həsənquliyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini

© APA | Qüdrət Həsənquliyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini

# 26 aprel 2022 12:24 (UTC +04:00)

“Heç bir qanunda hesabatlara mənfi rəy verilərsə, bunun hansı nəticələrə gətirib çıxaracağı bilinmir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, məsələn, Nazirlər Kabinetinin hesabatını Milli Məclis qənaətbəxş hesab etməzsə, bunun hansı hüquqi nəticələr doğuracağı bilinmir: “Mən hesab edirəm ki, hesabata mənfi rəy verilən zaman Nazirlər Kabineti bütövlükdə istefa verməlidir. Bizim komitələrdə nazirliklərin fəaliyyətləri ilə bağlı nazirlərlə də dinləmələr keçirilir. Hətta əgər nazirlərin hesabatı, fəaliyyəti də dinləmə zamanı parlamenti qane etməzsə, o nazirlər istefaya göndərilməlidir. Biz bu istiqamətdə qanunvericiliyi təkmilləşdirməliyik. Bu, həm Milli Məclisin rolunun, həm də dövlət orqanlarının məsuliyyətinin artırılmasına öz təsirini göstərmiş olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR