Rəşad İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib

Rəşad İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib
# 28 dekabr 2022 20:47 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də Rəşad İsmayılovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

APA-nın məlumatına görə,Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəşad Rafiq oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilsin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR